Geri qayıt Çap et

Bakıda “Chevrolet” və “Tesla” toqquşdu

Bakıda iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, qəza Böyükşor bulvarında qeydə alınıb.

“Chevrolet” və “Tesla” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.