Geri qayıt Çap et

Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürdü

Şəmkir rayonunda qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, 1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.