Geri qayıt Çap et

Deyirlər su arxında ayağı ilişib batıb-Ucarda 16 yaşlı yeniyetmə belə batıb-VİDEO

Ucarda bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Denmedia.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 2010-cu il təvəllüdlü Elsafa Hacıyev dostları ilə birlikdə su kanalına çimməyə gedib.İlkin məlumata görə, yeniyetmə çimərkən suda boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri cəlb olunub.Hazırda yeniyetmənin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov