Geri qayıt Çap et

SOCAR-ın yanacaq maşını “Lukoil” məntəqəsinə çırpıldı

Bakıda SOCAR şirkətinə məxsus yük avtomobili “Lukoil” şirkətinin yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Məlumata görə, gecə saat 04:00 radələrində SOCAR-a məxsus, yanacaq daşıyan yük avtomobili əvvəlcə minik avtomobili ilə toqquşub, daha sonra isə “Lukoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

DenMedia.az