Geri qayıt Çap et

DÇ-2026 zamanı ABŞ-da 600-dən çox dron müsadirə edildi

ABŞ-da futbol üzrə 2026-cı il dünya çempionatının oyunlarına ev sahibliyi edən 11 şəhərdə 600-dən çox pilotsuz uçuş aparatı müsadirə edilib.

Bu barədə Federal Təhqiqatlar Bürosu məlumat yayıb.

“Turnirin əvvəlindən FIFA dünya çempionatına ev sahibliyi edən ABŞ-ın bütün 11 şəhəri üzərində qadağan olunmuş hava məkanında 600-dən çox dron müsadirə edilib”, — deyə məlumatda bildirilib.

Dronların müsadirəsi ilə həmçinin hüquq-mühafizə orqanları və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları məşğul olublar.

Qeyd edək ki, 48 milli komandanın iştirakı ilə keçirilən 2026-cı il dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnirin final matçı Nyu-Cersidə, 82 mindən çox tamaşaçı tutumuna malik “MetLife Stadium”da keçirilməlidir.

İyunun sonunda FTB direktoru Keş Patel stadionların yaxınlığında 400-dən çox dronun ələ keçirildiyini bildirmişdi.

Məlumata görə, uçuş qadağasını pozan dron sahiblərini 100 min dollara qədər cərimə gözləyə bilər.

Bundan əvvəl Massaçusets ştatında Kabo-Verde millisinin dünya çempionatının pley-off mərhələsinə yüksəlməsinin qeyd edilməsi zamanı ən azı 4 nəfər güllə yarası alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

DenMedia.az