Geri qayıt Çap et

Sumqayıtda gənc qız çimərlikdə boğuldu

Sumqayıtda 20 yaşlı qadın dənizdə boğulub.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, , hadisə iyulun 3-də Sahil küçəsində yerləşən çimərlikdə baş verib.

Məlumata görə, 20 yaşlı şəhər sakini Məryəm Kamil qızı İsmayılovanın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.