Geri qayıt Çap et

ABŞ-da ticarət mərkəzində qanlı atışma: 2 nəfər öldü

ABŞ-ın Miçiqan ştatında yerləşən ticarət mərkəzində baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər güllə yarası alıb.

Bu barədə CBS telekanalı yerli polisə istinadən məlumat yayıb.

Hadisə Dirborn şəhərində yerləşən Fairlane ticarət mərkəzində baş verib.

Məlumata görə, ölən və yaralanan şəxslərin hamısı gənc kişilərdir. Onların şəxsiyyəti və yaralının vəziyyəti barədə hələlik əlavə məlumat verilmir.

Hadisədən sonra Fairlane ticarət mərkəzi ziyarətçilər üçün bağlanıb.

DenMedia.az