Geri qayıt Çap et

Ağdamda yaşlı kişi pilləkəndən yıxılaraq vəfat etdi

Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib.

Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

DenMedia.az