Geri qayıt Çap et

Hindistanda neft-kimya müəssisəsində yanğın baş verdi: 35 nəfər xəsarət aldı

Hindistanın şərqində boru kəmərində baş verən yanğın nəticəsində azı 35 nəfər xəsarət alıb.

Bu barədə TASS Midnapur rayon administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır. Hadisə yerinə 10 yanğınsöndürmə briqadası cəlb olunub.

İnsident Haldia Petrochemicals neft-kimya şirkətinin ərazisində baş verib. Yanğın səbəbindən hadisə yerinin yaxınlığından keçən dəmir yolu xəttində hərəkət müvəqqəti dayandırılıb.

DenMedia.az