Geri qayıt Çap et

Zəlzələ oteli yerlə-yeksan etdi: İçəridə deportasiya edilən miqrantlar var idi

Venesuelada güclü zəlzələ zamanı ABŞ-dan deportasiya edilən miqrantların qaldığı otel dağılıb.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilir ki, 24 iyun səhəri ABŞ-dan Venesuelaya gələn təyyarədə 146 deportasiya edilmiş venesuelalı olub. Onlardan 100-dən çoxu Karakasdan təxminən 30 kilometr məsafədə, La-Quayra ştatında yerləşən otellərdən birində yerləşdirilib.

Həmin gün axşam saatlarında Venesuelada güclü zəlzələ baş verib və miqrantların qaldığı otel dağılıb.

ABC-yə danışan bir neçə yaxın qohumun sözlərinə görə, oteldə olanların bir hissəsi ağır xəsarətlər alıb. Onlar arasında sağ qalanların və itkin düşənlərin də olduğu bildirilir.

Hadisə ilə bağlı axtarış-xilasetmə işlərinin aparıldığı qeyd olunur.

DenMedia.az