Venesuelada baş verən zəlzələlər nəticəsində 1719 nəfərin həlak olduğu bildirilib.
Bu barədə CNN Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodriqesə istinadən məlumat yayıb.

Rodriqesin sözlərinə görə, zəlzələlər nəticəsində azı 22 619 nəfər zərərçəkən kimi qeydə alınıb. Onlardan 5034 nəfər xəsarət alıb.
Daha əvvəl ABŞ Geoloji Xidməti zəlzələlər nəticəsində ölənlərin ümumi sayının 10 min nəfərə çata biləcəyini istisna etməmişdi.

Spiker bildirib ki, ölkədə 855 bina zədələnib, 189 bina isə tamamilə dağılıb.
Məlumata görə, Venesuelada ilk iki güclü yeraltı təkanın maqnitudası 7,2 və 7,5 olub. Bundan sonra ölkədə 609 afterşok qeydə alınıb. Rodriqes əlavə edib ki, sonrakı təkanlar ciddi dağıntılara səbəb olmayıb.