Geri qayıt Çap et

Məşhur stilistlə bağlı qalmaqal: Hüquqşünas xəyanəti çəkərkən döyüldü

Türkiyədə qadın hüquqşünas Buse Bakaru müştərisinin əri tərəfindən döyüldüyünü iddia edib. Bu barədə Haber7 məlumat yayıb.

Məlumata görə, Bakaru bir müddət əvvəl Kristina Akçelikin boşanma işi üzrə vəkilliyini üzərinə götürüb. Müştəri həyat yoldaşı, tanınmış istanbullu stilist Etem Akçelikin sevgilisi ilə Bodruma istirahətə getdiyini bildirərək, xəyanətin sənədləşdirilməsini istəyib.

Bundan sonra hüquqşünas müştərisi ilə birlikdə Bodruma gedib və kişinin qaldığı otelə yerləşib. 25 iyunda Bakaru Akçeliki otelin bağında bir qadınla gördüyünü və həmin anı telefonla qeydə almaq istədiyini bildirib.

Hüquqşünasın sözlərinə görə, kişi buna əsəbiləşib, onu təhqir edib, telefonunu əlindən alaraq dənizə atıb. Daha sonra isə onun saçından tutub, boğmağa çalışıb və göz nahiyəsinə iki dəfə yumruqla zərbə endirib.

Hadisədən sonra Buse Bakaru Bodrum polis bölməsinə müraciət edərək şikayət ərizəsi verib. Bodrum Prokurorluğu hücumda şübhəli bilinən şəxslə bağlı araşdırmaya başlayıb.

DenMedia.az