Geri qayıt Çap et

Göyərtəsində 10 nəfər olan qayıq batdı

Kanadada Britaniya Kolumbiyası sahillərində batan icarəyə götürülmüş qayıqdan 4 nəfər xilas edilib.

Bu barədə CTV News Kanadanın Birgə Xilasetmə-Koordinasiya Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə 28 iyun səhəri Riçmond şəhəri yaxınlığında baş verib. Göyərtəsində 10 nəfər olan qayıq saat 11:45 radələrində batmağa başlayıb.

Yaxınlıqdan keçən mülki qayığın heyəti suda bir neçə nəfəri görüb. Bildirilir ki, onların üzərində xilasedici jilet olmayıb. Xilas edilən şəxslər sahilə çıxarılıb və xəstəxanaya aparılıb.

Hadisə zamanı qayıqda olan daha 6 nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə əməliyyatına hava yastıqlı gəmi, qayıq, iki patrul kateri, üç helikopter və bir təyyarə cəlb olunub.

DenMedia.az