Geri qayıt Çap et

Təhlükəli motosiklet sürücüsünü polis saxladı

Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə DenMedia.az-a Bakı şəhər DYPİ-dən bildirilib.

Tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.