Geri qayıt Çap et

Qara dəniz üzərində iki tornado Rizə sakinlərini qorxuya saldı

Türkiyənin Rizə vilayəti sahillərində, Qara dəniz üzərində eyni anda iki tornado müşahidə olunub.

Nadir təbiət hadisəsini yerli sakinlər görüblər və həmin anları mobil telefonla lentə alıblar.

Şahidlər tornadoları çimərlikdən izləyiblər. Yayılan görüntülərdə iki güclü burulğanın dəniz səthindən yuxarı qalxdığı və aşağı səviyyəli tufan buludları ilə birləşdiyi görünür.

DenMedia.az