Geri qayıt Çap et

Venesuelada zəlzələ möcüzəsi: ana dağıntılar altında uşaq dünyaya gətirdi - FOTO

Venesuelada baş verən 7,5 və 7,2 bal gücündə iki zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edərkən dağıntılar arasında ümidverici hadisə yaşanıb. Bu barədə “CNN Türk” məlumat yayıb.

Dağıntılar altında qalan hamilə qadının xilasedicilər ona çatmağa çalışdığı vaxt doğuş sancıları başlayıb. Beton parçaları arasında baş tutan doğuşdan sonra ana və körpənin sağ olaraq xilas edildiyi bildirilib.

Şahidlərin və xilasedicilərin sözlərinə görə, körpənin ilk ağlama səsi dağıntı bölgəsində duyğulu anlara səbəb olub.

Xilasetmə qrupunun nümayəndəsi bildirib ki, hər şeyin dağıldığı bir gündə körpənin ağlama səsini eşitmək onlara möcüzələrin hələ də var olduğunu xatırladıb.

“Bu körpə bütün Venesuela üçün yeni ümidin simvoludur”, — deyə o qeyd edib.

İlkin məlumata görə, ana və yeni doğulan körpə hadisə yerində göstərilən ilk tibbi yardımdan sonra ən yaxın səhiyyə müəssisəsinə aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Zəlzələlərdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Dağıntıların olduğu bölgələrdə axtarış-xilasetmə işləri fasiləsiz davam edir. Rəsmilər çox sayda insanın hələ də dağıntılar altında qala biləcəyini bildirirlər.

DenMedia.az