Çinin paytaxtı Pekində yüngül mühərrikli təyyarə şəhərin ən hündür binası olan CITIC Towerə, digər adı ilə China Zun göydələninə çırpılıb. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, təyyarənin çırpıldığı hissədə binanın fasadı zədələnib. Lakin göydələnə ciddi ziyan dəymədiyi bildirilir.
Hadisədən sonra binadakı bütün əməkdaşlar təxliyə edilib, əraziyə isə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
İlkin məlumata əsasən, qəzaya uğrayan təyyarənin Sunward SA60L Aurora modeli olduğu və Shuangyue General Aviation Beijing şirkəti tərəfindən istismar edildiyi bildirilir.