Geri qayıt Çap et

Hindistanda dəhşətli hadisə: Ər hamilə həyat yoldaşını vedrədə boğdu

Hindistanda kişi mübahisə zamanı 26 yaşlı hamilə həyat yoldaşını öldürməkdə şübhəli bilinir. Bu barədə NDTV məlumat yayıb.

Nəşrin məlumatına görə, qadın altı aylıq hamilə olub. Hadisədən sonra şübhəli şəxs qaçıb və polis onu axtarışa verib.

Cütlük 2025-ci il aprelin 30-da ailə qurub. Faciə onların yeni evə köçməsindən qısa müddət sonra baş verib.

NDTV-nin məlumatına əsasən, münaqişə əvvəlcə məişət zəminində yaranan mübahisə kimi başlayıb, daha sonra zorakılığa çevrilib.

Əvvəlcə kişi həyat yoldaşını döyüb, daha sonra onu vedrədə boğub.

Hadisə barədə polisə mərhumun yaxınları məlumat veriblər.

Hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb. Şübhəli şəxsin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

DenMedia.az