Geri qayıt Çap et

Göygöldə azyaşlını “QAZel” vurdu

Göygöl rayonunda azyaşlı uşaq avtomobilin altında qalıb.

DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, “QAZel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K. Abbasovu vurub.

Xəsarət alan uşaq təcili olaraq Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.