Geri qayıt Çap et

Ebola təhlükəsi haraya yayılır? Konqodan narahatedici rəqəmlər gəldi

Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölənlərin sayı 300 nəfəri keçib. Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, ölkədə ümumilikdə 1155 yoluxma halı təsdiqlənib. Son məlumatlara əsasən, 304 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Epidemiyanın İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılmaqda davam etdiyi bildirilib.

Nazirlik qeyd edib ki, ölüm göstəricisi əvvəlki bülletenlə müqayisədə 1 faiz bəndi artaraq 26,3 faizə çatıb.

Hakimiyyət orqanları epidemiyanın yayıldığı bölgələrdə epidemioloji vəziyyəti izləməyə davam edir.

DenMedia.az