Geri qayıt Çap et

Neftçalada bədbəxt hadisə: 62 yaşlı kişi zirzəmidə yıxılaraq öldü

Neftçala rayonunda 62 yaşlı kişi evinin zirzəmisində yıxılaraq ölüb.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Oryad kəndində baş verib.

Məlumata görə, 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağının dəmir tora ilişib və o, yıxılaraq baş nahiyəsindən aldığı xəsarət nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.