Geri qayıt Çap et

Dəniz daha bir gəncin həyatına son qoydu

Bakıda daha bir gənc çimərlikdə batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuata xidmətindən DenMedia.az-a məlumat verilib.

Qeyd olunub ki, hadisə iyunun 21-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib. Dənizdə nəzarətsiz ərazidə batan 21 yaşlı Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.