Geri qayıt Çap et

Güclü zəlzələ Venesuelanı silkələdi: sunami təhlükəsi var

enesuelada Valensiya şəhəri yaxınlığında güclü zəlzələlər qeydə alınıb.

Bu barədə EMSC-nin mətbuat xidməti məlumat yayıb.

Seysmoloji xidmətlər yeraltı təkanların 6,2 və 7,1 maqnitudada olduğunu bildirib.

Zəlzələlər yerli vaxtla 22:04-də böyük yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Bununla yanaşı, mümkün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

DenMedia.az