Geri qayıt Çap et

"Tiktok"da əxlaqsızlığa görə 4 nəfər saxlanıldı: ikisi həbs olundu

Naxçıvanda sosial şəbəkədə əxlaqsız paylaşımlar edənlər saxlanılıb.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisələr Şərur rayonunda qeydə alınıb.

Tiktok sosial şəbəkəsində ictimai mənəviyyatı zidd olan əxlaqsız paylaşımlar edən 22 yaşlı Nəzrin Mahmudova, 26 yaşlı Fazilə Kərimova, 27 yaşlı Faiq İsrafilov və 35 yaşlı İsfəndiyar Zeynalov (ad və soyadlar şərtidir) saxlanılıblar. Məlumata görə, Nəzrin və Fazilə 3 uşaq anasıdırlar.

Həmçinin onların həmin sosial şəbəkədə canlı yayım açaraq, nalayiq ifadələr işlətdiyi də bildirilir.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə ) maddəsilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə Nəzrin və Fazilə 500 manat məbləğində cərimə, Faiq və İsfəndiyar isə 8 günlük inzibati həbs cəzasına məhkum ediliblər.