Geri qayıt Çap et

Nigeriyada qadın yalan şayiələrə görə linç edildi

Daily Trust-un məlumatına görə, Nigeriyada iki uşaq anası olan qadın uşaq oğurluğu ilə bağlı yayılan şayiələrdən sonra küçədə linç edilib.

Hadisə Kaduna ştatının Maraban-Cos rayonunda baş verib. Qadın islam mövzusunda mühazirəyə gedərkən bir qrup yeniyetmə onu əsassız şəkildə uşaq oğurluğunda ittiham edib.

Bundan sonra əraziyə izdiham toplaşıb, qadına hücum edilib. Polis əməkdaşları əvvəlcə onu xilas edərək bölməyə aparmağa nail olublar.

Lakin bir neçə saat sonra yüzlərlə gənc polis bölməsinin qarşısına toplaşıb, binaya daxil olaraq qadını oradan çıxarıb və ona qarşı ağır zorakılıq törədib.

Polis hadisəni “barbar cinayət və qanunun aliliyinə birbaşa hücum” adlandırıb.

İğtişaşlar zamanı bir nəfərin yaralandığı, hadisə ilə bağlı bir neçə şübhəlinin saxlanıldığı bildirilib. Digər şəxslərin axtarışı davam edir.

Hakimiyyət sakinləri uşaq oğurluğu ilə bağlı şayiələrə inanmamağa və istintaqın nəticələrini gözləməyə çağırıb.

DenMedia.az