Geri qayıt Çap et

Emirates və Qantas təyyarələrinin qanadında çatlar aşkarlandı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Airbus A380 tipli 16 sərnişin təyyarəsinin yoxlanılmasını tələb edib.

Bu barədə AFP məlumat yayıb.

Qərar A380 təyyarələrindən birinin qanad konstruksiyasında çatların aşkarlanmasından sonra qəbul edilib.

Məlumata görə, yoxlanılacaq təyyarələrdən 15-i Emirates, daha biri isə Avstraliyanın Qantas aviaşirkətinə məxsusdur.

Tənzimləyici qurum Emirates-in 5 təyyarəsinin növbəti uçuşdan əvvəl təcili yoxlanılmasını tapşırıb. Qalan 11 layner isə daha sonra texniki baxışdan keçiriləcək.

Airbus şirkətindən bildirilib ki, yoxlama zamanı A380-lərdən birinin qanadının daxili elementlərində konstruksiyanın möhkəmliyinə təsir edə biləcək çatlar müəyyən olunub.

Bundan sonra oxşar istehsal tarixçəsinə malik bütün təyyarələr müəyyənləşdirilib və onların təcili texniki yoxlamadan keçirilməsi barədə qərar qəbul edilib.

DenMedia.az