Geri qayıt Çap et

21 nəfərin olduğu hava şarı yandı: 8 ölü - FOTO

Braziliyada içərisində 21 nəfərin olduğu isti hava şarında qorxulu anlar yaşanıb.

Şar havaya qalxdıqdan təxminən 2 dəqiqə sonra hələlik məlum olmayan səbəbdən alovlanıb.

Yanğın qısa müddətdə böyüyüb və hadisə faciə ilə nəticələnib.

Rəsmi açıqlamaya görə, qəza nəticəsində 8 nəfər həyatını itirib, şardakı digər 13 nəfər sağ xilas edilib.

Sağ qalanlar arasında alovların yüksəlməsindən sonra şardan tullanan bir sərnişinin də olduğu bildirilib.

Qəzadan sonra hadisə yerinə çox sayda təcili tibbi yardım və xilasedici qrup cəlb olunub.

Yanğının başvermə səbəbinin müəyyən edilməsi üçün araşdırma başladılıb.

DenMedia.az