Geri qayıt Çap et

40 dərəcəlik havada dəhşət: bacı-qardaş maşında ölü tapıldı

Fransada təsirini artıran qızmar hava şəraiti iki azyaşlının həyatına son qoyub.

Bu barədə xarici KİV məlumat yayıb.

Hadisə ölkənin Voklüz bölgəsində baş verib. 2 və 4 yaşlı bacı-qardaş havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı gün park edilmiş avtomobilin içində ölü tapılıblar.

Məlumata görə, hadisə ilə bağlı araşdırma başladılıb. İlkin ehtimallara əsasən, uşaqların anası alış-veriş etdiyi vaxt onları avtomobildə unutmuş ola bilər. Bununla belə, faciənin dəqiq səbəbləri və bütün detalları istintaq çərçivəsində araşdırılır.

Hadisə Fransada geniş rezonans doğurub. Yerli qurumlar isti hava şəraitində uşaqların və həssas qrupların avtomobildə tək buraxılmasının ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıqları yenidən gündəmə gətiriblər.

Qeyd olunur ki, son günlər Fransanın bir sıra bölgələrində temperatur kəskin yüksəlib və ölkədə isti hava ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

DenMedia.az