Geri qayıt Çap et

3 yaşlı uşağı timsahların olduğu yerə itələyən kişi azadlığa buraxıldı

Böyük Britaniyanın Kembricşir qraflığında özəl zooparkda 3 yaşlı uşağı timsahların saxlanıldığı volyerə itələməkdə şübhəli bilinən kişi qətlə cəhddə ittiham olunub və girov müqabilində azadlığa buraxılıb. 
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Yerli polisin məlumatına görə, uşaq xəstəxanadadır. Onun vəziyyəti kritik, lakin stabil qiymətləndirilir.
Hadisə cümə axşamı baş verib. Məlumata əsasən, zərərçəkənlə tanışlığı olmayan şəxs uşağı yırtıcıların saxlanıldığı volyerin hasarından içəri itələyib. Şübhəli saxlanıldıqdan sonra ona qətlə cəhd ittihamı irəli sürülüb. Lakin daha sonra onun dindirilməyə gəlməsini təmin etməyin mümkün olmadığı bildirildiyi üçün girov müqabilində sərbəst buraxılıb.
Nəşrin yazdığına görə, üç yaşlı oğlanı timsahların olduğu volyerə itələməkdə şübhəli bilinən və qətlə cəhd ittihamı ilə saxlanılan kişi dindirilməyə gəlməyə yararsız hesab edildikdən sonra girov müqabilində azad edilib.
Girov müddəti 18 sentyabradək müəyyən olunub. Hadisədə adı keçən şəxsin kimliyi ilə bağlı digər məlumatlar açıqlanmır. Zərərçəkən uşaq xəstəxanada qalır və vəziyyəti kritik, lakin stabil olaraq qiymətləndirilir.
Denmedia.az