Geri qayıt Çap et

Bakıda yanğın zamanı bir nəfər həyatını itirdi

Bakıda kişi aldığı yanıq xəsarətlərindən ölüb.

DenMedia.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Fazil İlyas oğlu Mustafayev yaşadığı evdən yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.