Geri qayıt Çap et

Hindistanda hərbi təyyarə qəzaya uğradı: beş hərbçi həlak oldu

Hindistanda hərbi-nəqliyyat təyyarəsi An-32 qəzaya uğrayıb.

Hindistan Hərbi Hava Qüvvələrinin məlumatına görə, hadisə Corhat aviabazasında baş verib.

Qəza nəticəsində Hindistan Hərbi Hava Qüvvələrinin 5 hərbçisi həlak olub.

Bildirilib ki, insident təyyarənin planlı uçuşu zamanı qeydə alınıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

DenMedia.az