Geri qayıt Çap et

Çində partlayış baş verdi: 17 nəfər yaralandı

Çində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

Xinhua agentliyinin polisə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Fövqəladə hadisə iyunun 11-nə keçən gecə Qunşi-Cjuan Muxtar Rayonunun Quilin şəhər dairəsinə daxil olan Sinan qəzasında baş verib.

İlkin araşdırma zamanı partlayışın məişət qazı sızması nəticəsində baş vermədiyi müəyyən edilib.

Hadisənin səbəbləri araşdırılır.

DenMedia.az