Geri qayıt Çap et

Şəmkirdə kafedə qətl törədildi

Şəmkirdə qətl törədilib.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü F. Həsənov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib və orada ölüb.

Araşdıma zamanı məlum olub ki, F. Həsənov aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 1997-ci il təvəllüdlü S. Tağıyev tərəfindən bıçaqlanıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində S. Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.