Türkiyə prokurorluğu OnlyFans platforması ilə bağlı iş üzrə 27 şübhəli barəsində 10 ilədək həbs cəzası tələb edib.
Bu barədə Hürriyet qəzeti məlumat yayıb.
İş üzrə fiqurantlar pornoqrafik materialların yayılmasına yardım etməkdə, həmçinin cinayət yolu ilə əldə edildiyi iddia olunan gəlirlərin leqallaşdırılmasında ittiham olunurlar.
Bundan başqa, platformanın xaricdə olan daha beş aktiv iştirakçısı barəsində axtarış elan edilib.
Şübhəlilərin bir qismi platformada kontent yerləşdirdiklərini və bu fəaliyyətdən gəlir əldə etdiklərini etiraf edib. Bununla yanaşı, onlar əldə etdikləri gəlirlərdən vergi ödədiklərini bildiriblər.
Digər fiqurantlar isə platformadan istifadə etdiklərini inkar ediblər.
Nəşr xatırladır ki, OnlyFans platformasına Türkiyə ərazisində giriş 2023-cü ilin iyunundan məhkəmə qərarı ilə qadağan edilib.