Geri qayıt Çap et

Yeni Günəşlidə zəncirvari qəza: 10 nəqliyyat vasitəsi toqquşdu - FOTO

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində zəncirvari qəza baş verib.

DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı Mercedes, Mercedes Viano, Ford Transit markalı avtomobillərə, eləcə də Iveco markalı sərnişin avtobusuna maddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.