Geri qayıt Çap et

Qaxda yol qəzası: ər-arvad yaralandı

Qaxda yol qəzası baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Qax-Qıpcax-Kötüklü yolunda qeydə alınıb.

Rayon sakini Faiq İbrahimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil itarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və avtomonildə olan həyat yoldaşı Xanım İbrahimova yaralanaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla baglı araşdırma aparılır.(