Geri qayıt Çap et

Nigeriyada məktəb yataqxanasından 7 şagird qaçırıldı

Nigeriyanın Zamfara ştatında silahlı şəxslər məktəb yaxınlığındakı yataqxanaya hücum edərək 7 şagirdi qaçırıblar.

Bu barədə ABC News məlumat yayıb.

Hadisə səhər saatlarında Kaura-Namoda rayonunda baş verib. Qeyd olunur ki, bu bölgə uzun müddətdir fidiyə məqsədilə adam oğurlayan silahlı dəstələrin hücumlarından əziyyət çəkir.

Polis nümayəndəsi Yazid Abubakar bildirib ki, qaçırılan uşaqlardan biri qaçaraq xilas ola bilib və hazırda təhlükəsiz yerdədir. Digər 6 şagirdin harada olduğu isə hələlik məlum deyil, onların axtarışı davam etdirilir.

Ştat hakimiyyəti azyaşlıların azad edilməsi üçün bütün zəruri qüvvələrin cəlb olunduğunu bildirib.

Qaçırılan şagirdlərin valideynləri hökumətə müraciət edərək xilasetmə əməliyyatının sürətləndirilməsini istəyiblər.

Beynəlxalq hüquq müdafiə təşkilatları isə Nigeriyada təhsil müəssisələrinə qarşı hücumların artmasından narahatlıq ifadə ediblər.

DenMedia.az