Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az -ın report-a istinadən məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Məlumata əsasən, Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə xəsarət alıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.