Geri qayıt Çap et

ABŞ-da naməlum şəxs bankda bir neçə nəfəri girov götürdü

ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankda barrikada quraraq bir neçə nəfəri girov saxlayıb.

Bu barədə ABC News telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, naməlum şəxs yerli vaxtla saat 13:00 radələrində Chase bankının filialına daxil olub və binada barrikada qurub. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıblar.

Girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Bankda saxlanılan şəxslərin ümumi sayı hələlik məlum deyil.

Yerli hüquq-mühafizə orqanları X sosial şəbəkəsində bildiriblər ki, hadisə yerində partlayıcı qurğu təhlükəsi təsdiqlənib.

“Biz Çester prospekti və 17-ci küçənin kəsişməsində yerləşən Chase bankının binası yaxınlığındayıq. Hadisə təsdiqlənmiş partlayıcı qurğu təhlükəsi ilə bağlıdır”, deyə məlumatda qeyd olunub.

Hadisə yerinə FTB əməkdaşları da cəlb olunub.

DenMedia.az