Geri qayıt Çap et

Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

DenMedia.azreport-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Məlumata görə, 5 yaşlı O. Zamanov yaşayış məntəqəsi ərazisində yerləşən su anbarına düşərək boğulub.

Uşağın meyiti sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.