Geri qayıt Çap et

Parisdə iğtişaşlar fonunda motosikletçi həlak oldu

Parisdə PSJ-nin Çempionlar Liqasının finalında qələbəsindən sonra başlayan iğtişaşlar fonunda 1 nəfər həlak olub.

Franceinfo prokurorluğa istinadən xəbər verir ki, hadisə 30 maydan 31 maya keçən gecə Parisin dairəvi yolunda, Port-Mayo istiqamətindəki çıxışda baş verib.

Məlumata görə, motosiklet sürücüsü beton maneəyə çırpılıb və aldığı xəsarətlər nəticəsində həyatını itirib.

“PSJ-nin Çempionlar Liqasındakı qələbəsinin qeyd olunması fonunda şənbədən bazara keçən gecə Parisin dairəvi yolunda motosikletlə ölümcül qəza baş verib”, deyə məlumatda qeyd olunub.

DenMedia.az