Türkiyənin Dənizli vilayətinin Sarayköy rayonunda sərnişin avtobusunun baryerlərə çırpılaraq yanması nəticəsində 8 nəfər həlak olub.
Ölənlər arasında 1 körpə də var,haberler.com xəbər verir.
Hadisə nəticəsində həyatını itirən şəxslərin kimlikləri müəyyənləşib.
Məlumata görə, faciə zamanı ata oğlunu qorumaq üçün onun üzərinə qapanıb.