Maldiv adalarında portuqal gəmiciği kimi tanınan zəhərli meduza 10 yaşlı Rusiya vətəndaşı olan oğlana hücum edib.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, uşaq adalarda anası ilə birlikdə istirahət edərkən dənizdə çimən zaman zəhərli dəniz canlısı tərəfindən sancılıb.
Kanal yazır ki, məktəblinin anası tez davranaraq oğlunu sudan çıxarıb və sancma yerini təmizləmək üçün sitrus meyvəsindən istifadə edib.
Nəticədə uşağın belində nəzərəçarpan yanıq izi qalıb. Hazırda yaraya xüsusi məlhəmlərlə qulluq edilir.