Əfqanıstanın şərqində yerləşən Lağman vilayətində Pakistandan ölkəyə qayıdan əfqan qaçqınları daşıyan yük avtomobilinin aşması nəticəsində 22 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Hadisə bu gün yerli vaxtla təxminən 05:30-da Kabil–Cəlalabad avtomobil yolunun Surxakan bölgəsi yaxınlığında baş verib.
Məlumata görə, Pakistandan qayıdan qaçqınları daşıyan yük avtomobili sürücünün sükan arxasında yuxuya getməsi nəticəsində yoldan çıxaraq xəndəyə aşıb.
Qəzada həlak olanlar arasında 10 uşaq və 5 qadın da var.
Yaralılar qonşu Nangarhar vilayətindəki xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.