Geri qayıt Çap et

Qatarda yanğın baş verdi - 5 nəfər xəsarət aldı

Nyu-Yorkda Pensilvaniya vağzalı yaxınlığında qatarın yanması nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə Associated Press məlumat yayıb.

“Nyu-Yorkda Pensilvaniya vağzalı yaxınlığında Amtrak şirkətinə məxsus xidməti qatarda baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb”, deyə məlumatda qeyd olunub.

Hadisə səbəbindən Nyu-York və Nyu-Cersi arasında qatarların hərəkətində pozuntu yaranıb.

DenMedia.az