Geri qayıt Çap et

Gəncədə vanna otağında partlayış baş verdi, bir nəfər yaralandı

Gəncədə yaşayış evində bədbəxt hadisə baş verib.

Vanna otağında suqızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Xəsarət alan şəxs 1996-cı il təvəllüdlü Gəncə sakini Ayxal Qumbatovdur. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb.

Zərərçəkənə ilkin tibbi yardım göstərilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb. (qafqazinfo)

DenMedia.az