Geri qayıt Çap et

Ayının mədəsindən çıxan tapıntı ovçuları dəhşətə gətirdi

Yaponiyanın Yamaqata prefekturasında meşəyə göbələk yığmağa gedən 78 yaşlı kişinin meyit qalıqları ayının mədəsində tapılıb.

Bu barədə Inquirer məlumat yayıb.

Hadisədən sonra hüquq-mühafizə orqanları yerli sakinləri təbiətə tək getməkdən çəkinməyə çağırıblar.

Məlumata görə, pensiyaçının meyiti mayın 5-də meşəlik ərazidə aşkarlanıb. Hadisə yerinə gələn ovçular yaxınlıqda ayı görüblər və onu zərərsizləşdiriblər. Sonradan aparılan müayinə zamanı heyvanın mədəsində insana aid qalıqlar tapılıb.

DenMedia.az