Geri qayıt Çap et

İmişlidə dəhşətli qəza: 2 nəfər həyatını itirdi

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır