Geri qayıt Çap et

Bərdədə ağır qəza: 1 nəfər həyatını itirdi

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kədi ərazisində baş verib.
Belə ki, Həsənov Nadir Rəşid oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.Qəza zamanı sürücü N. Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə həlak olub.
Faktla bağlı araşdırma aparılır.