Geri qayıt Çap et

Bərdədə məktəbli yaşadığı həyətdə ölü tapıldı

Bərdə rayonunda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.

DenMedia.az “unikal.az”a istinadla xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Kənd sakini, 9-cu sinif şagirdi Saleh Məmmədov yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.